Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 12-ci tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. “Qarabağ” “Sumqayıt”ı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb.
"Qarabağ" – "Sumqayıt" 2:1
Arif Qədirov, 54. Elçin Rəhimli, 85 - Müşfiq Rzayev, 34.

