Premyer Liqanın 8 iştirakçısı sözü bir yerə qoydu, “Qarabağ”la “Neftçi” dəstəksiz qaldı

25 İyun 13:00 Əvəzedicilər 2 688
Premyer Liqanın 8 iştirakçısı sözü bir yerə qoydu, “Qarabağ”la “Neftçi” dəstəksiz qaldı

Premyer Liqanın 8 iştirakçısı Əvəzedicilər Liqasının ləğv edilməsini istəyib.

Bununla bağlı Klublar Liqasının son yığıncağında geniş müzakirə aparılıb.

«Turan Tovuz», «Kəpəz», «Qəbələ», «Şamaxı», «Karvan», «İmişli», «Araz-Naxçıvan» və «Sabah» bu yarışın keçirilməsinə qarşı çıxıb.

«Neftçi» və «Qarabağ»ın təmsilçiləri isə çempionatın davams etdirilməsini məqsədəuyğun saydıqlarını bildiriblər.

Onların nümayəndələri deyib ki, liqa fəaliyyətini dayandırsa, xeyli sayda gənc futboldan uzaq düşəcək və karyerasını erkən bitirmək məcburiyyətində qalacaq.

«Zirə» və «Sumqayıt» bu yığıncaqda bitərəf mövqe nümayiş etdirib.

İclasda elan olunub ki, AFFA İcraiyyə Komitəsinin iyunun 25-i tarixində, yəni, bu gün yığışması gözlənilir və məsələ orada müzakirə olunaraq qərar veriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!