“Qarabağ” və “Neftçi” bunun əleyhinə çıxdı, AFFA ləğv qərarını dəyişdi

11:20 Əvəzedicilər 1 291
“Qarabağ” və “Neftçi” bunun əleyhinə çıxdı, AFFA ləğv qərarını dəyişdi

Əvəzedicilər Liqası öz fəaliyyətini davam etdirəcək.

Bu barədə AFFA-dan redaksiyamıza məlumat daxil olub.

Bildirilib ki, Premyer Liqanın bir neçə klubu çempionatın ləğvinə qarşı çıxarıb.

Həmin sıraya «Neftçi» və «Qarabağ» başçılıq edir. Onların «dubl»u dağıtmaq niyyətində olmadıqlarını federasiyanın nəzərinə çatdırıb.

Amma bu o demək deyil ki, elitanın bütün iştirakçıları bununla razıdır. Ehtimal olunur ki, Əvəzedicilər Liqasının yarışmaçılarının sayı azalacaq.

Çünki AFFA bu məsələdə yüksək liqa mənsublarına təzyiq göstərmək istəmir. Məsələyə İcraiyyə Komitəsinin qarşıdakı yığıncağında baxılacaq və yekun qərar çıxarılacaq.

Güman ki, ali qərarverici orqan məcburiyyəti aradan qaldıracaq, Yəni, hansı klub istəsə, öz komandasını çempionata buraxacaq, kim istəməsə, yox.

Əvəzedicilər Liqanın ləğvi tələbi ilə çıxış edən ilk şəxs Ehtiram Quliyev olub. «Turan Tovuz»un İdarə Heyətinin sədri hələ ilyarım öncə Klublar Komitəsinin yığıncağında bu fikri ortaya atıb.

O, «dubl»da oynayan əksər gənclərin perpspektivinə şübhəylə yanaşıb, xərcləri azaltmaq lazım olduğunu bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti