“Neftçi”nin bu oyunda etdiyi pis hərəkətin CAVABINI ALDI

28 May 02:00 Əvəzedicilər 964
“Neftçi”nin bu oyunda etdiyi pis hərəkətin CAVABINI ALDI

AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən "Neftçi-2"nin futbolçusu Ağadadaş Salyanskini 4 oyunluq cəzalandırıb.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna hücumçunun XXXVI turda, "Sabah-2" ilə matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alması səbəb olub.

"Ağ-qaralar"a 300 manat cərimə kəsilib.

"Sabah-2"nin analitiki Cəbrayıl Qəmbərov da 4 oyunluq cəza ilə üzləşib.

O, matç zamanı meydana kənar əşya atdığı üçün birbaşa qırmızı vərəqə almışdı. Klub onun hərəkəti ucbatından 350 manat ziyana düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu