“Sumqayıt” buna görə 150 manat cərimə edildi

22 May 04:50 Əvəzedicilər 428
“Sumqayıt” buna görə 150 manat cərimə edildi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 35-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Sumqayıt-2” – “Turan Tovuz-2” oyununun 90+2-ci dəqiqəsində “Sumqayıt-2” komandasının 47 nömrəli futbolçusu Hüseyn Xıdırov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Sumqayıt-2” buna görə 150 manat cərimə edilib.

“Neftçi-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Səbail-2” komandası 70 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda