"Şamaxı" bu xırda problemi də həll edə bilmir

8 May 03:40 Əvəzedicilər 543
"Şamaxı" bu xırda problemi də həll edə bilmir

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasında XXXIII turun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

04.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIII turun “Şamaxı-2” – “Səbail-2” oyununun matçöncəsi iclasında polis nümayəndəsi olmadığına görə “Şamaxı-2” komandası 80 manat cərimə edilsin (maddə 73.1);

04.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIII turun “Şamaxı-2” – “Səbail-2” oyununda xərəkdaşıyanların say və yaş limiti pozulduğuna görə “Şamaxı-2” komandası 80 manat cərimə edilsin (maddə 74.1);

05.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIII turun “Neftçi-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 37).

Digər Xəbərlər
Xəbər Lenti