
AFFA İntizam Komitəsi “Sabah-2”nin futbolçusu Stefen Endeni cəzalandırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
İntizam Komitəsinin bugünkü iclasında 18 yaşlı nigeriyalı hücumçu ilə bağlı qərar qəbul edilib.
Qərarda bildirilib ki, 28.04.2025-ci il tarixində Əvəzedicilər liqasında 32-ci turunun “Sabah-2” – “Qarabağ-2” oyunu (1:2) bitdikdən sonra Stefen Ende hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Sabah-2” 300 manat cərimə edilib.