Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında 11-ci tura start verilib.
Sportinfo.az xəbər verir ki, turun ilk oyun günündə iki oyun baş tutub. "Keşlə" səfərdə "Sumqayıt"a qalib gəlib - 3:0.
Çempionatın lideri “Qəbələ” öz meydanında “Səbail”lə qarşılaşıb. Liderlər qrupunda qərarlaşan paytaxt təmsilçisi ilk hissənin ortalarında hesabı açmağa müvəffəq olub.
Xaliq İbrahimov qonaqları hesabda önə çıxarıb. Fasilə ərəfəsində “qırmızı-qaralar” hesabda tarazlıq yarada bilib. Xəyal Əmirli rəqib qapısına yol tapıb.
İkinci hissədə komandalar qələbə qolu vurmağa çalışsa da, hesab dəyişməyib. Beləliklə, ilk 10 turda heç-heçə etməyən “Qəbələ” mövsümdə ilk dəfə meydandan bərabərliklə ayrılıb.
"Sumqayıt" - "Keşlə" 0:3
Elvin Cəfərquliyev, 50. Oleq Hüseynov,80. Raul Süleymanzadə, 90+2.
"Qəbələ" - "Səbail" 1:1
Xəyal Əmirli, 43 - Xaliq İbrahimov, 22.
6 noyabr
15:00 "Zirə" - "Neftçi"
15:00 "Kəpəz" - "Qarabağ"

