
Əvəzedicilər Liqasında 23-cü tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.
“Sumqayıt-2” ilə “Zirə-2” arasındakı oyunda meydan sahibləri qələbə qazanıblar.
“Sumqayıt-2” – “Zirə-2” 1:0
Qol: Kamran Quliyev, 23.
Hakimlər: Kamran Əliyev, Gülnurə Əkbərzadə, Tərlan Talıbzadə, İslam Məmmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
“Kapital Bank Arena” (ehtiyat meydança)