AFFA-nın "Neftçi" və "Sabah"dan qopardığı pul - 70 manat

24 Yanvar 2025 08:40 Əvəzedicilər 781
AFFA-nın "Neftçi" və "Sabah"dan qopardığı pul - 70 manat

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının XIX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

18.01.2025-ci il tarixində Əvəzedicilər liqasında XIX turun “Neftçi-2” – “Sabah-2” oyununda “Neftçi-2” komandasında 5 futbolçu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37);

18.01.2025-ci il tarixində Əvəzedicilər liqasında XIX turun “Neftçi-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasında 5 futbolçu sarı vərəqə aldığına görə “Sabah-2” komandası 70 manat cərimə edilir (maddə 37);

21.01.2025-ci il tarixində Əvəzedicilər liqasında XIX turun “Kəpəz-2” – “Turan Tovuz-2” oyununun 81-ci dəqiqəsində “Kəpəz-2” komandasının 57 nömrəli futbolçusu Amur Yusifov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kəpəz-2” komandası 50 manat cərimə edilir (maddə 36.5).

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!