“Neftçi”nin oyununda hadisə - AFFA bu komandaya texniki məğlubiyyət verdi

13 Dekabr 2024 03:10 Əvəzedicilər 1 298
“Neftçi”nin oyununda hadisə - AFFA bu komandaya texniki məğlubiyyət verdi

AFFA Əvəzedicilər liqasında çıxış edən "Sumqayıt-2"yə texniki məğlubiyyət verib.

Sportinfo.az xəbər verir ki, qərar bu gün keçirilən İntizam Komitəsinin iclasında açıqlanıb.

Əvəzedicilər liqasının 16-cı turunun “Sumqayıt-2” - “Neftçi-2” oyununun 76-cı dəqiqəsində ev sahiblərinin heyətində adı matçın protokolunda olmayan 44 nömrəli futbolçu Kənan Cavadlı meydançaya daxil olub.

Bun agörə də “Sumqayıt-2"yə texniki məğlubiyyət verilib, klub 400 manat cərimə edilib.

Sözügedən oyunda "Sumqayıt-2" 3:0 hesablı qələbə qazanmışdı.

Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM