COP29

“Qarabağ” Ukrayna vətəndaşlığı olan bu oyunçuya görə...

25 Oktyabr 04:50 Əvəzedicilər 2 008
“Qarabağ” Ukrayna vətəndaşlığı olan bu oyunçuya görə...

"Futbolçumuzun yaşı uyğun olsa da, vətəndaşlığı limitə təsir edib".

bunu "report"a açıqlamasında "Qarabağ-2"nin baş məşqçisi Cavad Mirzəbəyli deyib.

O, əvəzedici komandaya verilən 0:3 hesablı texniki məğlubiyyətin səbəbi barədə danışıb:

"Qaydalara görə, əsas heyətdə 2004-cü il təvəllüdlü və yaşı daha az olan 7 nəfər meydana çıxmalıdır. Biz də vəziyyətə uyğun olaraq həmin 7 oyunçu arasında 19 yaşı tamam olan əslən azərbaycanlı Nihat Mehrəliyevi meydana buraxdıq.

Lakin o, Ukrayna vətəndaşlığına malik olduğu üçün legioner hesab edilib. Futbolçumuzun yaşı uyğun olsa da, vətəndaşlığı limitə təsir edib. Bu səbəbdən də AFFA İntizam Komitəsi komandamızı cəzalandırıb".

Əvəzedicilər Liqasının X turunda "Kəpəz-2" kollektivi ilə qarşılaşan "Qarabağ-2" futbolçu limitini pozduğuna görə AFFA İntizam Komitəsi tərəfindən 0:3 hesablı məğlubiyyət alıb. Komanda həmçinin 400 manat cərimələnib.

Xəbər Lenti