Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 8-ci tura yekun vurulub. Sportinfo.az xəbər verir ki, son gündə də iki görüş baş tutub.
Lider “Qəbələ” səfərdə “Sumqayıt”ı darmadağın edib. “Zirə” isə doğma meydanda “Kəpəz”dən üstün olub. Turun digər oyunları: “İnter” - “Qarabağ” 2:1, “Səbail” - “Neftçi” 2:0.
“Sumqayıt” - “Qəbələ” 0:3
Rövlan Muradov, 3. Hacıağa Hacılı, 14. Ülvi İsgəndərov, 57.
“Zirə” - “Kəpəz” 1:0
Camal Camalov, 18.

