"Kəpəz"in Arzusu hansı qəbahətə yol verdi ki…

19 Aprel 19:00 Əvəzedicilər 572
"Kəpəz"in Arzusu hansı qəbahətə yol verdi ki…

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sporinfol.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 30-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qəbələ-2” – “Turan Tovuz-2” oyununda “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ-2” komandası 70 manat cərimə edilib.

“Sabah-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilib.

“Səbail-2” – “Kəpəz -2” oyununun 90+2-ci dəqiqəsində “Kəpəz-2” komandasının 66 nömrəli futbolçusu Arzu Atakişiyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Kəpəz-2” komandası 300 manat cərimə edilib.

Xəbər Lenti