"Sumqayıt”la “Səbail”dən minimalhesablı heç-heçə

2 Oktyabr 2017 00:16 Əvəzedicilər 611
"Sumqayıt”la “Səbail”dən minimalhesablı heç-heçə

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 7-ci tur davam edir.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə daha bir görüş baş tutub. “Səbail” doğma meydanda “Sumqayıt”la qarşılaşıb. İki qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.

İlk oyun günündə “Qəbələ” “Kəpəz”ə 2:0 hesabıyla qalib gəlib. Bu gün keçiriləcək “Qarabağ” – “Zirə” oyunu ilə yekun vurulacaq. “İnter” – “Neftçi” matçı isə təxirə salınıb.

“Səbail” – “Sumqayıt” 1:1

Emil Həsənzadə, 36 - Murad Məmmədxanov, 45+1.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti