Salyanski “Neftçi“nin gənclərini Qəbələdə lider etdi

31 Mart 02:50 Əvəzedicilər 609
Salyanski “Neftçi“nin gənclərini Qəbələdə lider etdi

Əvəzedicilər Liqasında 28-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib.

“ Qarabağ-2” “Kəpəz-2”yə 3:1 hesabı ilə qalib gəliblər.

Turnir cədvəlində ilk iki pillədə qərarlaşan komandalar Qəbələ şəhər stadionunun ehtiyat meydançasıdna üz-üzə gəlib. “Qəbələ-2” “Neftçi-2”ni qəbul edib.

Qarşılıqlı hücumlarla keçən matçda hesab ilk yarının sonlarında açılıb. Qonaqlar fasiləyədək iki qol vurublar.

“Qırmızı-qaralar” matçın sonlarında fərqi minimuma endirib. Eşqin Əhmədov qol sevinci yaşayıb. Beləliklə, əyalət təmsilçisi ev oyunundan xalsız ayrılıb - 1:2.

28 tur ərzində 66 xal toplayan “Qəbələ-2” turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Rəşad Abdullayevin çalışdırdığı bakılı gənclər isə liderlik mövqeyindədir.

“Qəbələ-2” – “Neftçi-2” 1:2
Qollar:
Fariz Xeyrullayev, 85-avtoqol - Samir Həsənov, 32. Ağadadaş Salyanski, 37
Qəbələ şəhər stadionu (ehtiyat meydança)

“Kəpəz-2” – “Qarabağ-2” 1:3
Qollar
: Nemət Musayev, 55 - İbrahim Camalov, 36. Əşrəf Zeynallı, 43. Musa Musazadə, 90+1

N Klublar O Q H M T-F X
1 Neftçi-2 28 23 1 4 88-23 70
2 Qəbələ-2 28 21 3 4 81-28 66
3 Sabah-2 27 17 1 9 56-35 52
4 Qarabağ-2 28 12 5 11 45-39 41
5 Zirə-2 27 10 7 10 40-36 37
6 Sumqayıt-2 27 11 2 14 49-64 35
7 Kəpəz-2 28 9 3 16 31-52 30
8 Səbail-2 27 7 4 16 32-55 25
9 Araz-Naxçıvan-2 27 6 2 19 23-79 20
10 Turan Tovuz-2 27 6 2 19 36-70 20

Bombardirlər:

Ağadadaş Salyanskiy ("Neftçi-2") - 27 qol
Sənan Ağalarov ("Qəbələ-2") - 22 qol
Uğur Cahangirov ("Sumqayıt-2") - 16 qol
Nicat Quliyev ("Sabah-2") - 12 qol
Bahadur Quliyev ("Neftçi-2") - 12 qol
Xəyal Əliyev ("Sabah-2") - 11 qol

Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU