“Neftçi”nin çörəyi halal olsun” – “Forza”dan alqışalayiq VİDEO

21 Mart 21:40 Əvəzedicilər 1 346
“Neftçi”nin çörəyi halal olsun” – “Forza”dan alqışalayiq VİDEO

«Forza Neftçi»nin «Neftçi»nin əsas komandasının oyunlarını boykot etməsindən məlumatlısız.

Fanklub Premyer Liqanın son həftələrində qeyri-sabit nəticələr göstərən komandadan üz çevirib.

Azarkeşlər bununla bağlı bəyanat yayıb və öz mövqeyini bildirib.

Tərəfdarların yanaşması yalnız Miodraq Bojoviç və futbolçularını əhatə edir. Onlar bu gün də «Neftçi»nin yanındadırlar.

«Forza»nın 50-yə yaxın üzvü əvəzedici heyətin oyununda iştirak eləyib. Əvəzedicilər Liqasının 27-ci turunda «Səbail-2» ilə keçirilən matça yollanan fanatlar 7:0 hesablı qələbəyə sevinib.

Tribunada əsl bayram havası əsdirərək, Rəşad Abdullayevin çalışdırdığı gənclərə dəstək veriblər, «Neftçi»nin çörəyi halal olsun» şüarları səsləndiriblər.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!