Azərbaycanda 9:0 - Mövsümün üçüncü "qapazaltısı"

19 Mart 02:40 Əvəzedicilər 429
Azərbaycanda 9:0 - Mövsümün üçüncü "qapazaltısı"

Azərbaycan çempionatlarında 2023/2024 mövsümünün ən böyükhesablı səfər qələbəsi qeydə alınıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu, "Qəbələ 2"nin "Araz-Naxçıvan 2"yə qalib gəldiyi (9:0) Əvəzedicilər Liqasının XXVII turunun oyununda gerçəkləşib.

Bu, cari mövsüm PFL-in bayrağı altında keçirilən bütün turnirlərdə qeydə alınan 3-cü belə nəticədir. Bunadək iki dəfə 9 top fərqi qeydə alınıb.

Belə nəticələr II Liqada yaşanıb. 2023-cü il noyabrın 6-da “Şahdağ Qusar” “Dinamo”nu, martın 5-də “Cəbrayıl” “Kürmük Qax”ı 9:0 hesabı ilə məğlub edib. Lakin həmin qarşılaşmalar meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

“Qəbələ-2” səfərdə ən böyükhesablı qələbənin müəllifi kimi rekorda imza atıb.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!