“Neftçi” yenə Ağadadaşla qazandı, “Qəbələ”dən ardıcıl 9-cu qələbə

12 Mart 02:40 Əvəzedicilər 926
“Neftçi” yenə Ağadadaşla qazandı, “Qəbələ”dən ardıcıl 9-cu qələbə

Əvəzedicilər Liqasında 26-cı turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, “Qəbələ-2” “Sabah-2” ilə görüşüb.

Bakıda baş tutan qarşılaşmanın taleyi ikinci hissədə həll olunub. Famil Xəlilovun yetirmələri səfər matçında iki cavabsız qol vurublar.

İkinci hissənin əvvəllərində Mehrac Baxşalı rəqib qapısına yol tapıb. Görüşün sonlarında isə Xəyyam Məmmədli qol sevinci yaşayıb – 2:0.

Beləliklə, “Qəbələ-2” ardıcıl 9-cu qələbəsini qazanıb. 26 matçdan sonra komandamızın hesabında 63 xal var.

“Səbail-2” – “Sumqayıt-2” 1:2
Qollar
: Taleh Qarayev, 46 – Hüseyn Xıdırov, 25. Kamran Quliyev, 48.

“Sabah-2” – “Qəbələ-2” 0:2
Qollar
: Mehrac Baxşalı, 56. Xəyyam Məmmədli, 83.

“Kəpəz-2” – “Neftçi-2” 0:2
Qollar
: Ağadadaş Salyanskiy, 13; 44.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!