Bunlar yenə neyləyib?

2 Mart 02:50 Əvəzedicilər 367
Bunlar yenə neyləyib?

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərar qəbul edilib:

“Səbail-2” – “Sabah-2” oyunu bitdikdən sonra “Sabah-2” komandasının 13 nömrəli futbolçusu İdris İnqilablı ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sabah-2” komandası 50 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Neftçi-2” oyununun 45+1-ci dəqiqəsində “Turan Tovuz-2” komandasının 57 nömrəli futbolçusu Cavid Qasımov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Turan Tovuz-2” komandası 50 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilib.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!