Millimizin sabiq oyunçusu yoldaşını vurdu, ağır cəza aldı

2 Fevral 02:30 Əvəzedicilər 397
Millimizin sabiq oyunçusu yoldaşını vurdu, ağır cəza aldı

AFFA İntizam Komitəsi "Turan Tovuz"un futbolçuları Budaq Nəsirov və Elxan Qasımovu 4 oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna hər iki oyunçunun əvəzedici komandanın heyətində "Səbail-2" ilə matçda təcavüzkar davranışa yol vermələri səbəb səbəb olub.

Onlar komanda yoldaşlarını vurduqları üçün bu cəzaya məruz qalıblar. Bölgə təmsilçisi hər futbolçuya görə 300 manat ödəməlidir.

Bundan əlavə, "Qarabağ-2"nin yarımmüdafiəçi Musa Musazadə də 4 matçlıq cəza ilə üzləşib.

O, "Kəpəz-2" ilə qarşılaşmada təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. "Köhlən atlar" Musazadəyə görə 300 manat ödəyəcək.

Budaq Nəsirov Tovuz klubunun əsas komandası üçün sifariş olunsa da, əvəzedici heyətə göndərilib. 2019-cu ildən klubsuz qalan yarımmüdafiəçi cari mövsümün əvvəlində karyerasını bərpa edib.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!