Özünü pis aparan Şahhüseyni və Şahniyarova 2 oyunluq cəza

27 Yanvar 08:40 Əvəzedicilər 350
Özünü pis aparan Şahhüseyni və Şahniyarova 2 oyunluq cəza

İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki toplantıda Əvəzedicilər Liqasının 19-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz-2” – “Turan Tovuz-2” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Kəpəz-2” komandası 50 manat cərimə edilib.

“Səbail-2” – “Zirə-2” oyununun 54-cü dəqiqəsində “Səbail-2” komandasının 94 nömrəli futbolçusu Fərid Şahhüseyni ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Səbail-2” komandası 150 manat cərimə edilib.

“Səbail-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Zirə-2” komandası 70 manat cərimə edilib.

“Qəbələ-2” – “Sumqayıt-2” oyununun 55-ci dəqiqəsində “Qəbələ-2” komandasının 77 nömrəli futbolçusu Okan Təhməzli ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Qəbələ-2” komandası 50 manat cərimə edilib.

“Qəbələ-2” – “Sumqayıt-2” oyununun 90+3-cü dəqiqəsində “Qəbələ-2” komandasının 30 nömrəli futbolçusu Şahin Şahniyarov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Qəbələ-2” komandası 150 manat cərimə edilib.

“Qəbələ-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt-2” komandası 70 manat cərimə edilib.

Xəbər Lenti