"Nə qədər ki biz buradayıq, komanda dağılmayacaq" - VİDEO

13 Yanvar 17:40 Əvəzedicilər 779
"Nə qədər ki biz buradayıq, komanda dağılmayacaq" - VİDEO

«Qəbələ»nin ikinci komandasına aid maraqlı görüntülər yayılıb.

Təqdim etdiyimiz kadrlar Əvəzedicilər Liqasının 18-ci tur matçından sonra çəkilib.

Doğma rayonda «Sabah-2» ilə qarşılaşan qəbələli gənclər 2:0 hesablı qələbəni böyük coşquyla qeyd edib.

Okan Təhməzli və Ravil Qafarovun vurduğu qollarla 3 xal qazanan «qırmızı-qaralar» rəqiblərinə mesaj göndərib: «Biz nə qədər ki buradayıq, komanda dağılmayacaq».

«Qəbələ-2» Əvəzedicilər Liqasında uğurlu mövsüm keçirir. Aktivinə 39 xal yazan əyalət təmsilçisi turnir cədvəlinin 2-ci pilləsində yerləşib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Xəbər Lenti