"2-3 nəfərlə yollarımızı ayıracağıq, o sayda da oyunçu dəvət edəcəyik"

11 Yanvar 01:00 Əvəzedicilər 424
"2-3 nəfərlə yollarımızı ayıracağıq, o sayda da oyunçu dəvət edəcəyik"

Məşqlərini davam etdirən “Araz-Naxçıvan-2” iki yoxlama oyunu keçirəcək.u

Sportinfo.az xəbər verir ki, komanda sabah – yanvarın 11-də "ASK Arena"da “Sabah-2” ilə üz-üzə gələcək.

Növbəti görüş isə yanvarın 16-da baş tutacaq. Bu dəfə rəqib liqanın lideri “Neftçi-2” olacaq. Matç “Neftçi”nin təlim-məşq bazasında keçiriləcək.

Baş məşqçi Zaur İsmayılov komandadakı durumla bağlı kubun mətbuat xidmətinə bunları deyib:

“Yanvarın 6-dan etibarən məşqləri bərpa etmişik. Futbolçuların fiziki hazırlığını yaxşılaşdırmağa çalışırıq.

Buna görə də fiziki ağırlıqlı təmrinlərə daha çox yer veririk. Eyni zamanda, yoxlama oyunları da planlaşdırmışıq.

Yükləmələr fonunda uşaqların durumuna baxmaq istəyirik. Heyətdə də dəyişikliklər nəzərdə tutulub. 2-3 futbolçu ilə yollarımızı ayıracağıq, o sayda da oyunçu dəvət edəcəyik.

Namizədlər var. Klubumuzun U-19 komandasını da daim diqqətdə saxlayırıq, yaxşı mənada fərqlənən futbolçulara əvəzedicilərdə də şans verəcəyik”.

Xəbər Lenti