"Qəbələ"li gənclər 2023-cü ilə iki cavabsız qolla "sağ ol" dedi

24 Dekabr 2023 02:30 Əvəzedicilər 434
"Qəbələ"li gənclər 2023-cü ilə iki cavabsız qolla "sağ ol" dedi

Azərbaycan əvəzedicilər liqasında 18-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.

"Qəbələ-2" "Sabah-2"ni qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.

Famil Xəlilovun yetirmələri qarşılaşmaya fəal başlayıb. Bunun nəticəsində Okan Təhməzli erkən qolla hesabı açıb – 1:0.

“Qırmızı-qaralar” fərqi ikinci hissədə artırmağı bacarıb. Ravil Qafarov qonaqların qapısına yol tapıb – 2:0. Bununla da komandamız mövsümün ilk yarısını qələbə ilə başa vurub.

18 oyunda 39 xal toplayan “Qəbələ-2” turnir cədvəlində ikincidir.

Tura 24-25 dekabr tarixlərində keçiriləcək görüşlərlə yekun vurulacaq.

"Qəbələ-2" - "Sabah-2" 2:0
Qollar:
Okan Təhməzli, 7, Ravil Qafarov, 73
Qırmızı vərəqə: Xəyal Əliyev, 88 ("Sabah-2")

N Klublar O Q H M T-F X
1 Neftçi-2 17 14 1 2 53-13 43
2 Qəbələ-2 18 12 3 3 46-19 39
3 Sabah-2 18 12 1 5 39-23 37
4 Zirə-2 17 8 4 5 25-20 28
5 Qarabağ-2 17 8 2 7 29-23 26
6 Sumqayıt-2 17 6 1 10 27-40 19
7 Səbail-2 17 5 3 9 21-31 18
8 Araz-Naxçıvan-2 17 5 1 11 18-38 16
9 Kəpəz-2 17 4 3 10 13-31 15
10 Turan Tovuz-2 17 2 1 14 18-51 7

Bombardirlər:

Ağadadaş Salyanskiy ("Neftçi-2") - 14 qol
Uğur Cahangirov ("Sumqayıt-2") - 13 qol
Sənan Ağalarov ("Qəbələ-2") - 11 qol
Bahadur Quliyev ("Neftçi-2") - 8 qol
Bayraməli Qurbanov ("Araz-Naxçıvan-2") - 7 qol
Eşqin Əhmədov ("Qəbələ-2) - 7 qol
Xəqani Sadıxov ("Zirə-2") - 6 qol
Xəyal Əliyev ("Sabah-2") - 6 qol

Xəbər Lenti