Azərbaycanda qapıdan qapıya qol vuran kimin oğludur? - VİDEO

19 Dekabr 2023 11:20 Əvəzedicilər 1 030
Azərbaycanda qapıdan qapıya qol vuran kimin oğludur? - VİDEO

Əvəzedicilər Liqasında 17-ci tur arxada qalmaq üzrədir.

"Zirə-2" bu dəfə Tovuzda "Turan"ın qonağı olub.

Matç qəsəbə təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 3:0.

Qarşılaşmada vurulan ikinci qol xüsusilə maraqlı alınıb.

Belə ki, "qartallar"ın 17 yaşlı qolkiperi Səlim Həşimov 78-ci dəqiqədə öz cərimə meydançasından vurduğu zərbəylə həmkarı Elxan Qasımovun qoruduğu qapının torunu silkələyib.

Səlimin kimliyi də diqqətdən yayınmamalıdır. Onun atası Zaur Həşimov elə bu komandanın baş məşqçisidir.

Ata-oğul cari mövsümdən bir yerdə çalışır.

«Zirə»nin əvəzediciləri çempionatın arxada qalan hissəsində 28 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Zaur Həşimov 17 turun 16-da övladını «1 nömrə» kimi ilk dəqiqələrdən meydana buraxıb. Səlim bu matçlarda qapısında 18 qol görüb.

SPORTİNFO.AZ

Kifayət qədər baxımlı olan qola aşğıdakı linkdə baxa bilərsiz.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti