
Əvəzedicilər Liqasında 15-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son gündə bir görüş baş tutub.
“Qarabağ”la “Qəbələ”nin əvəzedicilərinin oyununda meydan sahibləri qələbə qazanıblar.
“Qarabağ-2” – “Qəbələ-2” 2:1
Qollar: İbrahim Camalov, 27. Mirmövsüm Caniyev, 56 – Bilal İsmayılov, 65.
Binə qəsəbə stadionu, 14:00.
Turun digər oyunları: “Araz-Naxçıvan-2” – “Səbail-2” 0:3, “Turan Tovuz-2” – “Sumqayıt-2” 0:2, “Kəpəz-2” – “Sabah-2” 0:1, “Zirə-2” – “Neftçi-2” 1:3.
|
Bombardirlər:
Ağadadaş Salyanskiy ("Neftçi-2") - 13 qol
Uğur Cahangirov ("Sumqayıt-2") - 12 qol
Sənan Ağalarov ("Qəbələ-2") - 11 qol
Bahadur Quliyev ("Neftçi-2") - 7 qol
Xəqani Sadıxov ("Zirə-2") - 6 qol
Bayraməli Qurbanov ("Araz-Naxçıvan") - 6 qol