“Neftçi”nin gəncləri bu dəfə 8:0 hesablı qələbə qazandı

28 Noyabr 2023 08:40 Əvəzedicilər 389
“Neftçi”nin gəncləri bu dəfə 8:0 hesablı qələbə qazandı

Əvəzedicilər Liqasında 14-cü tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son gündə 2 görüş baş tutub.

“Sumqayıt”la “Zirə”nin əvəzedicilərinin görüşündə qalib müəyyənləşməyib. “Neftçi-2” isə “Araz-Naxçıvan-2”-yə 8 cavabsız qolla qalib gəlib.

“Sumqayıt-2” – “Zirə-2” 1:1
Qollar: Qabil Əlizadə, 21 – Ömər Qurbanov, 62.

“Neftçi-2” – “Araz-Naxçıvan-2” 8:0
Qollar: Ağadadaş Salyanskiy, 6; 15; 19; 31; 58. Bahadur Quliyev, 21. İbrahim Novruzov, 40. Murad Məmmədov, 68.

Turun digər oyunları: “Qəbələ-2” – “Turan Tovuz-2” 3:0, “Sabah -2” – “Qarabağ-2” 2:1, “Səbail-2” – “Kəpəz-2” 1:1.

Xəbər Lenti