“Zirə” və “Sabah”dan 4 qol, 3 xal - Biri asanlıqla, biri çətinliklə

23 Oktyabr 2023 08:50 Əvəzedicilər 560
“Zirə” və “Sabah”dan 4 qol, 3 xal - Biri asanlıqla, biri çətinliklə

Əvəzedicilər Liqasında 10-cu tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son gündə daha 2 görüş baş tutub.

“Kəpəz-2” evdə “Zirə-2” ilə oyundan böyükhesablı məğlubiyyətlə ayrılıb. “Sabah-2” isə “Sumqayıt-2” üzərində qələbəyə sevinib.

“Kəpəz-2” – “Zirə-2” 0:4
Qollar
: Xəqani Sadıxov, 25; 64. Murad Ələkbərov, 80. Vüsal Əliyev, 83.
Gəncə şəhər stadionu (ehtiyat meydança),

“Sabah-2” – “Sumqayıt-2” 4:3
Qollar
: Xəyal Əliyev, 25; 71. Nicat Quliyev, 60. Şahmar Aşurov, 90 – Emil Həbibov, 43-öz qapısına. Əjdər Hacılı, 53. Uğur Cahangirov, 62.
Bakı. “ASK Arena”

Turun digər oyunları: “Turan Tovuz-2” – “Qarabağ-2” 1:1, “Səbail-2” – “Neftçi-2” 1:5, “Qəbələ-2” – “Araz-Naxçıvan-2” 1:0.

Xəbər Lenti