"Qəbələ" videoyazını vermədi – O, qeyri-etik hərəkət etdi

13 Oktyabr 2023 02:50 Əvəzedicilər 472
"Qəbələ" videoyazını vermədi – O, qeyri-etik hərəkət etdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının IX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sumqayıt-2” – “Kəpəz-2” oyununun 59-cu dəqiqəsində “Kəpəz-2” komandasının 2 nömrəli futbolçusu Nicat Verdiyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, “Kəpəz-2” komandası 200 manat cərimə edilir (maddə 43.1);

“Zirə-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz-2” komandası 70 manat cərimə edilir (maddə 37);.

“Qəbələ-2” – “Səbail-2” görüşündə hakim-inspektor oyunun videoyazısı ilə təmin edilmədiyinə görə “Qəbələ-2” komandası 50 manat cərimə edilir (maddə 77.2).

Xəbər Lenti