"Sumqayıt" "Neftçi"ni Müşfiq Rzayevlə məğlub etdi

11 Sentyabr 2017 19:24 Əvəzedicilər 736
"Sumqayıt" "Neftçi"ni Müşfiq Rzayevlə məğlub etdi

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 4-cü tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, dünən “Qəbələ” doğma meydanda “Zirə”yə minimal hesabla qalib gəlib. Dörd qolun vurulduğu “İnter” - “Kəpəz” matçında isə qalib müəyyənləşməyib.

Tura bu gün keçirilən “Sumqayıt” - “Neftçi” matçı ilə yekun vurulub. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsiylə nəticələnib.

"Sumqayıt" - "Neftçi" 1:0
Qol:
Müşfiq Rzayev, 60.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti