“Qarabağ”ı 100 manat xərcə saldılar

6 Oktyabr 2023 02:50 Əvəzedicilər 422
“Qarabağ”ı 100 manat xərcə saldılar

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının VIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

30.09.2023-cü il tarixində Əvəzedicilər liqasının VIII turunun “Kəpəz-2” – “Qəbələ-2” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə (meydança sulanmadığına görə) “Kəpəz-2” komandası 100 manat cərimə edilir (maddə 77.1);

30.09.2023-cü il tarixində Əvəzedicilər liqasının VIII turunun “Qarabağ-2” – “Sumqayıt-2” oyununda “Qarabağ-2” komandası görüşün ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);

01.10.2023-cü il tarixində Əvəzedicilər liqasının VIII turunun “Turan Tovuz-2” – “Neftçi-2” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Turan Tovuz-2” komandası 50 manat cərimə edilir (maddə 70.1);

01.10.2023-cü il tarixində Əvəzedicilər liqasının VIII turunun “Səbail-2” – “Sabah-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir (maddə 37);

01.10.2023-cü il tarixində Əvəzedicilər liqasının VIII turunun “Səbail-2” – “Sabah-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Səbail-2” komandası 100 manat cərimə edilir (maddə 72.4);

01.10.2023-cü il tarixində Əvəzedicilər liqasının VIII turunun “Səbail-2” – “Sabah-2” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail-2” komandası 80 manat cərimə edilir (maddə 51.2);

02.10.2023-cü il tarixində Əvəzedicilər liqasının VIII turunun “Araz-Naxçıvan-2” – “Zirə-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37);

02.10.2023-cü il tarixində Əvəzedicilər liqasının VIII turunun “Araz-Naxçıvan-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Zirə-2” komandası 70 manat cərimə edilir (maddə 37).

Xəbər Lenti