"Qəbələ"dən 4-cü qələbə

11 Sentyabr 2017 10:24 Əvəzedicilər 601
"Qəbələ"dən 4-cü qələbə

Premyer Liqanda mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 4-cü tur davam edir.

Sportinfo.az xəbər verir ki, ötən gün daha iki oyun baş tutub. İlk üç turda qələbə qazanan “Zirə” və “Qəbələ” sonuncuların meydanında görüşüb.

Qarşılaşmanın taleyini 1 qol həll edib. Ülvi İsgəndərovun 10-cu dəqiqədə vurduğu top “qırmızı-qaralar”a 3 xal qazandırıb. Bununla da Elmar Baxşıyevin yetirmələri mövsümün startında ardıcıl 4-cü qələbəsini əldə edib.

Beləliklə, xal hesabını 12-yə çatdıran “Qəbələ” əvəzedicilərin yarışında vahid lider olub. Dörd qolun vurulduğu “İnter” - “Kəpəz” matçında isə qalib müəyyənləşməyib. Tura bu gün keçiriləcək “Sumqayıt” – “Neftçi” matçı ilə yekun vurulacaq.

“İnter” – “Kəpəz” 2:2
Elvin Cəfərquliyev, 12. Sinan Akkoyun, 90+4 - Kamran Abdullazadə, 33; 61.

“Qəbələ” – “Zirə” 1:0
Ülvi İsgəndərov, 10.

1

Qəbələ

4

4

0

0

20-3

12

2

Zirə

4

3

0

1

10-4

9

3

Neftçi

3

2

1

0

6-2

7

4

Səbail

4

1

1

2

7-9

4

5

Kəpəz

4

0

3

1

6-7

3

6

İnter

4

0

3

1

7-11

3

7

Qarabağ

4

0

1

3

1-8

1

8

Sumqayıt

3

0

1

2

3-16

1

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti