“Sabah” qazandı, “Araz“ 90+6-cı dəqiqədə “soyuq duş“ aldı

26 Sentyabr 2023 02:10 Əvəzedicilər 549
“Sabah” qazandı, “Araz“ 90+6-cı dəqiqədə “soyuq duş“ aldı

Əvəzedicilər Liqasında 7-ci turun növbəti oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

Hər iki oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Sabah-2” – “Kəpəz-2” 2:0
Qollar
: Xəyal Əliyev, 45+1. İldar Ələkbərov, 88.

“Səbail-2” – “Araz-Naxçıvan-2” 1:0
Qol
: Taleh Qarayev, 90+6-pen.

Xəbər Lenti