“Sumqayıt”ın əsas komandası ilə yanaşı, əvəzediciləri də çempionatın 3-cü dövrəsi üçün təlim-məşq toplanışını davam etdirir. Sportinfo.az xəbər verir ki, Sumqayıtda gündə iki dəfə olmaqla məşq edən “dubl“bu müddət ərzində 2 yoxlama oyunu keçirib.
İlk olaraq, səfərdə “İnter”in əvəzediciləri ilə qarşılaşıb və matçdan 2:2 hesablı heç-heçə ilə ayrılıb. Qolları Süleyman Piriyev və Murad Məmmədxanov vurub.
Bundan başqa, “Sumqayıt” I Divizion təmsilçisi “Şahdağ”la üz-üzə gəlib. “Kapital Bank Arena”da baş tutan görüş də, eyni hesabla başa çatıb. Bu oyunda Əli Əlimərdanlı və Elvin Nəsibov fərqlənib.

