Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində də 4-cü tura start verilib.
Sportinfo.az xəbər verir ki, turun açılış matçında “Səbail” “Qarabağ”ı qəbul edib. Binə qəsəbə stadionunda keçirilən oyunda səbaillilər 2 cavabsız qolla qalib gəliblər. Hər iki qolu penaltini dəqiq yerinə yetirən Aslan Hüseynov vurub.
“Səbail” – “Qarabağ” 2:0
Qollar: Aslan Hüseynov, 32-pen.; 71-pen.

