AFFA “Neftçi”yə görə etiraz edən Vaqif Cavadovu cəzalandırdı

7 Sentyabr 2023 19:20 Əvəzedicilər 996
AFFA “Neftçi”yə görə etiraz edən Vaqif Cavadovu cəzalandırdı

AFFA İntizam Komitəsi "Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadovu cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna 34 yaşlı mütəxəssisin "Neftçi-2" ilə oyun bitdikdən sonra hakimin qərarına etiraz etməsi səbəb olub.

Cavadov birbaşa qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzaya, "gənclik şəhəri" təmsilçisi isə 150 manat cəriməyə məruz qalıb.

Xəbər Lenti