Azərbaycanda bir komandaya 7 qol vurdular

21 Avqust 2023 07:40 Əvəzedicilər 797
Azərbaycanda bir komandaya 7 qol vurdular

Əvəzedicilər Liqasında 3-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Qəbələ”nin ikinci komandası “Sumqayıt”ın əvəzedicilərinə 7 cavabsız qolla qalib gəlib. “Səbail”lə “Zirə”nin əvəzedici komandaları arasında baş tutan oyunda isə qalib müəyyənləşməyib.

“Qəbələ-2” – “Sumqayıt-2” 7:0
Qollar
: Elnur İbrahimov, 3. Eşqin Əhmədov, 25. Sənan Ağalarov, 32. Xəyal Xudaverdiyev, 50. Hüseyn Mürsəlov, 60; 79. İbrahim Ramazanov, 90+2.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 17:00.

“Səbail-2” – “Zirə-2” 1:1
Qollar
: Taleh Qarayev, 45+3 – Vüsal Əliyev, 7.
Bakı. “ASCO Arena”, 17:00.

Xəbər Lenti