Premyer Liqa klublarının əvəzedici heyətlərinin yarışında 3-cü tura yekun vurulub. Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. Hər iki oyun heç-heçə başa çatıb.
“Neftçi” doğma meydanda “Kəpəz”lə bərabərə qalıb. Dörd qolun vurulduğu “İnter” - “Səbail” oyununda da qalib müəyyənləşməyib. "Zirə" "Sumqayıt"ı evdə, "Qəbələ" isə "Qarabağ"ı səfərdə darmadağın edib.
İlk iki turda böyükhesablı qələbə qazanan “qırmızı-qaralar” bu dəfə də meydandan 3 xalla ayrılıb. Qarşılaşmaya fəal başlayan Elmar Baxşıyevin yetirmələri uzun müddət rəqibin müqavimətini qırmaqda çətinlik çəksə də, ilk yarının sonlarında 2 qol vurub.
Öncə Hacıağa Hacılı, fasilə öncəsi isə Amin Seydiyev meydan sahiblərinin qapısına yol tapıb. İkinci hissədə də inamlı oyun nümayiş etdirən komandamız 66-cı dəqiqədə Rövlan Muradovun qolu ilə fərqi 3 topa çatdırıb.
“Qəbələ” sonda daha bir dəfə fərqlənib. Bu dəfə Əli Sadıxov qol sevinci yaşayıb – 4:0. Beləliklə, mövsümün startında ardıcıl 3-cü böyükhesablı qələbəsini qazanan “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
"Neftçi" - "Kəpəz" 1:1
Qollar: Elçin Əsədov, 84-pen. - Ruslan Süleymanov, 13.
"İnter" - "Səbail" 2:2
Qollar: Əlibəy Məmmədli, 40; Sinan Akkoyun, 76 - Aslan Hüseynov, 26. Turan Babayev, 49.
"Zirə" - "Sumqayıt" 5:0
Qollar: Müşfiq İlyasov, 15; 23; 31. Muxtar Əliyev, 52. Camal Camalov, 77.
"Qarabağ" - "Qəbələ" 0:4
Qollar: Haciağa Hacılı, 38. Amin Seyidov, 45. Rövlan Muradov, 66. Əli Sadıxov, 84.

