Klublar müraciət etdi, AFFA limitlə bağlı dəyişikliyə hazırlaşır

17 May 2023 23:40 Əvəzedicilər 968
Klublar müraciət etdi, AFFA limitlə bağlı dəyişikliyə hazırlaşır

Bir neçə illik aradan sonra Premyer Liqa təmsilçilərinin əvəzedici heyətlərinin çempionatının bərpa olunmasına qərar verilməsindən xəbərdarsız.

AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı müvafiq göstərişi var.

Yarış avqustda start götürəcək və Premyer Liqanın təqvimi burada da tətbiq olunacaq. Oyunlar əsas komandaların qarşılaşmalarından 1 gün sonra baş tutacaq.

Federasiya elita nümayəndələrinin təklifini nəzərə alaraq, birincilikdə yaş limitini minimuma endirməyə hazırlaşır.

Buna əsasən, «dubllar»ın turnirində limitin 1-ə endirilməsi gözlənilir. Belə ki, əsas heyətdə 2002-2003-cü il doğumlu gəncin yer alması şərt qoyulacaq.

SPORTİNFO.AZ

Xəbər Lenti