Premyer Liqa təmsilçilərinin ikinci komandaları ilə bağlı YENİ QƏRAR

11 Aprel 2023 09:40 Əvəzedicilər 920
Premyer Liqa təmsilçilərinin ikinci komandaları ilə bağlı YENİ QƏRAR

Gələn mövsümdən Premyer Liqa klublarının əvəzedici heyətlərinin çempionatı bərpa olunacaq.

AFFA İcraiyyə Komitəsinin bu barədə müvafiq qərarı var.

Qərara əsasən, ikinci komandalar 6 ildən sonra I Diviziondan ayrılacaq.

Peşəkar Futbol Liqası yarışdan irəli gələn bəzi məsələlərə aydınlıq gətirib. Onlardan biri də çempionatın başlanma tarixi ilə bağlıdır.

Belə ki, əvəzedicilərin turniri Premyer Liqanın təqviminə uyğun tənzimlənəcək. Əsas komandaların oyunuun ertəsi günü onların «dubllar»ı üz-üzə gələcək.

SPORTİNFO.AZ

Xəbər Lenti