Premyer Liqa klublarını yaxından MARAQLANDIRACAQ XƏBƏR

6 Aprel 2023 23:40 Əvəzedicilər 1 076
Premyer Liqa klublarını yaxından MARAQLANDIRACAQ XƏBƏR

Xəbər verildiyi kimi, AFFA Premyer Liqa klublarının əvəzedici heyətlərinin yarışını bərpa etməyi qərara verib.

Növbəti mövsümdən etibarən elita təmsilçilərinin ikinci komandalarının çempionatı təşkil olunacaq.

Sadəcə, federasiya «dubllar»a ayırdığı illik dotasiyanı olduğu kimi saxlayıb. Hərçənd yardım paketinin məbləğinin artırılacağı yönündə xəbərlər yayılmışdı.

Di gəl, qurum buna lüzum görməyib - əvəzedicilər bu mövsümdəki kimi, yenə ayda 20 min manat alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!