Bu komandalar Divizionda oynamaq üçün AFFA-ya müraciət etdi

7 Mart 2023 14:10 Əvəzedicilər 1 369
Bu komandalar Divizionda oynamaq üçün AFFA-ya müraciət etdi

2023/2024 mövsümündən I Divizionda Premyer Liqanın əvəzedici komandaları iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun İcraiyyə Komitəsinin iclasından sonra deyib.

O, əvəzedicilərin çempionatının bərpa ediləcəyini söyləyib:

“I Divizionda 10 komandanın iştirakı planlaşdırılır. Dövlət tərəfindən həmin klublara dəstək də olunacaq.

Birinci Diviziondakı 10 komandaya 3 milyon vəsait ayrılacaq".

Baş katib əlavə 4 komandanın I Divizona gələcəyini diqqətə çatdırıb: “Füzuli”, “Difai” və bir neçə komanda aşağı dəstədə iştirak üçün müraciət edib".

Xəbər Lenti