Dövlət Diviziona böyük pul ayırdı - 4 yeni komanda gəlir!

2 Mart 2023 11:20 Əvəzedicilər 2 364
Dövlət Diviziona böyük pul ayırdı - 4 yeni komanda gəlir!

I Divizionun növbəti mövsümündə mübarizə aparacaq komandaların minimum sayı müəyyənləşib.

Sportinfo.az bu haqda AFFA-dan məlumat əldə edib.

Federasiyadan redaksiyamıza daxil olan informasiyaya görə. Çempionatda ən azı 10 iştirakçı yer alacaq.

Premyer Liqa təmsilçilərinin əvəzedici heyətləri buradan ayrılacağından, aşağı dəstəniny enidən formalaşdırılması gündəmdədir.

Yarışmada qüvvəsini sınayanlara Region Liqasından 4 kollektiv qoşulacaq. Diviziona qatılanlara ayrılacaq vəsait də artırılacaq.

Konkret olaraq, hər bir klub üçün 500 min dotasiya nəzərdə tutulub.

Göstərilən məbləğin 300 min manat sırf əsas komandanın və infrastrukturun qurulmasına, 200 mini isə uşaq futboluna sərf olunacaq.

Müqayisə üçün deyək ki, cari mövsümdə mübarizə aparan komandalara AFFA vasitəsilə dövlət tərəfindən ayrılan vəsait 200 min manat təşkil edir.

Xəbər Lenti