Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2017/2018-ci illər mövsümünün ilk turunun bütün təyinatları açıqlanıb. Sportinfo.az-ın məlumatına görə, İnqilab Məmmədov, Ramil Diniyev və Rəvan Həmzəzadə əvəzedicilərin ilk turunda fit çalacaq.
12 avqust (şənbə)
18:00. “Neftçi” - “Qarabağ”
Hakimlər: Ramil Diniyev, Cəmil Quliyev, Vüsal Qənbərov, Etibar Həsənov
Hakim-inspektor: Ramiz Əsədov
Binə qəsəbə stadionu
13 avqust (bazar)
18:00. “İnter – “Qəbələ”
Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Elşad Abdullayev, Rövşən Rəcəbov
Hakim-inspektor: Azad Hüseynov
“İnter Arena”
14 avqust (bazar ertəsi)
19:00. “Zirə” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Coşqun Həsənov, Nahid Xasıyev
Hakim-inspektor: Azad Mütəllimov
Zirə İdman Kompleksinin stadionu
18:00. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Məmmədəli Kərimov, İsgəndər Əliyev, Emin Nağıbəyov
Hakim-inspektor: Rufulla Kərimov
Sumqayıt. Şəhər stadionu

