“Barselona”ya qol vuran ilk azərbaycanlı deyir ki…

10 Yanvar 2023 02:50 Əvəzedicilər 567
“Barselona”ya qol vuran ilk azərbaycanlı deyir ki…

"UEFA kuboku çərçivəsində 2011-ci ildə “Araz-Naxçıvan”la “Barselona”ya qarşı keçirdiyimiz görüşü yaddan çıxarmaq olmaz. İspaniyada onlara qarşı 2:2 hesablı heç-heçə etmişdik və qollardan birini mən vurmuşdum".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandası və “Araz-Naxçıvan”ın keçmiş oyunçusu Rəcəb Fərəczadə Futzal Federasiyasının rəsmi saytına müsahibəsində deyib.

Karyerasında ən unudulmaz oyunu haqda danışan Fərəczadə 2010-ci ildə "Barselona" ilə keçirilən görüşdən bəhs edib:

"Hətta baş məşqçimiz bu cür oynayacağımızı gözləmirdi. Yeri gəlmişkən, “Barselona”ya qol vuran ilk azərbaycanlıyam (gülür).

Sloveniya millisi ilə AÇ-2014-ün final mərhələsində keçirdiyimiz oyun haqda da danışmaq istərdim. 1:5 hesabı ilə yenuk durumda idik, amma yekunda 7:6 hesablı qələbə qazandıq.

Bunlar yaxşı mənada seçilən oyunlarımızdı. Amma nəticəsinə görə təəssüfləndiyimiz görüşlər də olub.

2008-ci ildə dünya çempionatının final mərhələsinə çıxmaq uğrunda oyunda Çexiya yığmasından son saniyələrdə buraxdığımız qol bizi məyus etdi.

Halbuki oyun heç-heçə başa çatsaydı, birbaşa DÇ-nin final mərhələsinə yollanacaqdıq".

Xəbər Lenti