Gürcüstanda təlim-məşq toplanışında olan “Qəbələ”nin əvəzedici komandası ikinci yoxlama oyununu keçirib. Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” “Saburtalo” klubunun əvəzedici komandası ilə görüşüb.
Gürcüstan təmsilçisi bu oyunda əsas və U-19 komandalarının üzvlərinin də yer aldığı qarışıq heyətdən istifadə edib. Görüş Elmar Baxşıyevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Gərgin mübarizə şəraitində keçən görüşün ilk yarısında hesabı Ülvi İsgəndərov açıb. Matçın ikinci hissəsində isə Ravil Yusifli dubl müəllifi olub.
Komanda avqustun 2-də keçirdiyi Gürcüstandakı ilk yoxlama oyununda Tiflis “Dinamo”sunun əvəzediciləri ilə qarşılaşıb və matçda qolsuz bərabərlik qeydə alınmışdı.

