Yeni mövsümə hazırlığını davam etdirən “Sumqayıt”ın əvəzediciləri yoxlama oyununda qüvvəsini sınayıb. Sportinfo.az xəbər verir ki, Elbrus Məmmədovun yetirmələri “Kapital Bank Arena”da həvəskar liqa təmsilçisi “Uğur” ilə qarşılaşıb.
Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada "Sumqayıt"ın əvəzediciləri 2:3 hesabı ilə məğlub olub.
“Sumqayıt”ın əvəzedici heyəti avqustun 2-si və 5-ində növbəti yoxlama görüşlərini keçirəcək. Komanda müvafiq olaraq, “Neftçi” (əvəzedici) və U-19 yığmamızla oyunlarda qüvvəsini sınayacaq.

