Yunanıstan – Azərbaycan oyununun hakimləri bilindi

1 Oktyabr 2022 01:10 Əvəzedicilər 860
Yunanıstan – Azərbaycan oyununun hakimləri bilindi

Futzal üzrə Azərbaycan millisinin Afinada Yunanıstana qarşı keçirəcəyi 2024-cü il dünya çempionatının əsas mərhələ oyununu idarə edəcək hakimlər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, görüş İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

Matçın referisi Ademir Avdiçə David Qlavonyiç və Georgi Yansizian köməklik göstərəcək.

Görüşün hakim-inspektoru sloveniyalı Vilvo Boroşak, UEFA nümayəndəsi isə niderlandlı Artur Admiral olacaq.

Oktyabrın 11-də oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!