“Sumqayıt”ı əvəzediciləri 2017/2018 mövsümü üçün çalışmalarını davam etdirir. Yoxlama görüşü çərçivəsində “Kapital Bank Arena”da “Qəbələ”nin əvəzediciləri ilə qarşılaşan Elbrus Məmmədovun yetirmələri meydanı 3:1 hesablı məğlubiyyətlə tərk etməli olub.
Sportinfo.az xəbər verir ki, bu oyunda "Sumqayıt"ın yeganə qolunu Fərid Kərimzadə vurub. Hazırlıq prosesinin 2-ci mərhələsi çərçivəsində əvəzedicilər son yoxlama oyununu 22 iyul tarixində keçirəcək.

